ŞOK | `Maydan`ı ABŞ-ın yönəltdiyi sübut olundu – TELEFON YAZISI

ŞOK | `Maydan`ı ABŞ-ın yönəltdiyi sübut olundu – TELEFON YAZISI
  07 Fevral 2014    Oxunub:2597
ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payetin telefon danışığı youtube-də yerləşdirilib. Danışıqdan bəlli olur ki, Ukraynadakı etirazlar Amerikadan idarə olunur, müxalifətin əsas fiqurlarını da amerikalı diplomatlar yönəldirlər.

Məsələn, Nuland deyir ki, gərək Kliçki hökumətdə vəzifəyə getməsin, bu işə Yasenyuk daha yaxşı yarayır.

Bundan başqa, xanım Nulandın Avropa Birliyinin ünvanına işlətdiyi söyüş - «Fuck the EU» da diqqət çəkir.

Amerikalı diplomatların verdiyi açıqlamaya görə, söhbətin yazılıb youtube-ə qoyulmasında Rusiya kəşfiyyatının əli var.

Hazırda Viktoriya Nuland iki günlük səfərlə Kiyevdədir.

AzVision.az




Teqlər:  





Xəbər lenti